"Barselona" Rafael Leao ilə maraqlanır

09:36 - 08 İyul 2025

\"Barselona\" Rafael Leao ilə maraqlanır

"Barselona" klubu "Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao ilə yaxından maraqlanır.


Manset.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya təmsilçisi "Atletiko Madrid"in futbolçusu Niko Uilyamsın transferindən imtina etdikdən sonra Leao variantını gündəmə gətirib.

Qeyd edək ki, Niko Uilyams "Atletiko Madrid"lə yeni, uzunmüddətli müqavilə imzalayıb və "Barselona"nın təklifini rədd edib.

Məlumata əsasən, Rafael Leaonun mümkün transferi "Barselona" üçün komandanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hücum xəttinin gücləndirilməsi üçün Kataloniya klubu "Liverpul"dan Luis Dias və "Mançester Yunayted"dən Markus Reşfordu da nəzərdən keçirir.

İspaniyanın "Sport" nəşri bildirir ki, Rafael Leaonun transferi asan başa gəlməyəcək. "Barselona" danışıqları portuqaliyalı futbol agenti Xorxe Mendeş vasitəsilə aparır. Qeyd olunur ki, Mendeş Leao ilə rəsmi olaraq əməkdaşlıq etməsə də, "Milan" rəhbərliyi ilə yaxşı münasibətlərə malikdir.

Hazırda "Milan"ın Leaonu 70 milyon avroya satmağa hazır olub-olmadığı məlum deyil.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az