Qalatasaray ötən mövsümün parlaq hücumçusu Viktor Osimhenin transferində son mərhələyə çatıb. Əl-Hilalın 4 illik 160 milyon avroluq cazibədar təklifinə rəğmən, ulduz futbolçunun sarı-qırmızılı komandaya üstünlük verdiyi iddia edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qalatasaray prezidenti Dursun Özbek və Sportif AŞ vitse-prezidenti Abdullah Kavukçu dünən Rams Parkda vəziyyəti qiymətləndirib. İlkin 50 milyon avroluq təklif qəbul edilməyincə, klub 60, 65 milyon avrodan sonra 75 milyon avro limitinə qədər çıxmağa hazırlaşır. 15 İyula qədər sürətlə hərəkət edən rəhbərlik, Napoli ilə razılığa gəlmək üçün danışıqları intensivləşdirib.
Eyni zamanda, "Mançester Yunayted"in əfsanəsi Rio Ferdinand da Osimhenin Qalatasaraya keçidini şərh edib. Ferdinand, podkastında bu transferin təəccüblü olduğunu, Manchester United-in belə bir ulduzu ələ keçirə bilməyəcəyi təqdirdə məyus olacağını söyləyib.
Qeyd edək ki, Viktor Osimhenə həm Qalatasaray, həm də Əl Hilal, eləcə də Manchester United və Juventus kimi Avropanın nəhəng klubları maraq göstərir.