İspaniya klubundan “Qarabağ”lıya təklif gəldi

17:53 - 08 İyul 2025

İspaniya klubundan “Qarabağ”lıya təklif gəldi

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuka İspaniyadan təklif olub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski bildirib.

O, xsport.ua saytına deyib: “Bildiyimə görə qışda ona İspaniyanın “Valyadolid” klubundan (La Liqa-2 təmsilçisi- red.) çox da pis olmayan təklif olub. Amma onlar onu icarə əsasında heyətlərinə cəlb etmək istəyiblər. “Qarabağ”da düşündülər ki, futbolçunu qışda buraxıb, sonra yayda geri qaytarmağın nə mənası var?

Bəli, Kaşukun son mövsümü bəlkə də ideal olmadı. Amma yəqin ki, fiasko da deyildi. Sadəcə, doğrudan da oyun vaxtı az idi. Lakin hazırda onun “Qarabağ”ı tərk etməsi ilə bağlı heç bir ilkin şərt, heç bir əsas yoxdur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az