"Sabah" - "Selye" oyununa nə qədər bilet satılıb?

17:56 - 09 İyul 2025

\"Sabah\" - \"Selye\" oyununa nə qədər bilet satılıb?

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Selye”ya qarşı keçirəcəyi ev oyununa bilet satışı davam edir.


Manset.az xəbər verir ki, artıq oyuna 5000 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş sabah “Bank Respublika Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Paytaxt təmsilçisi azarkeşləri komandaya dəstək olmağa səsləyib. 

Matçın biletlərini iticket.az saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az