"Qalatasaray" Osimhen üçün hərəkətə keçdi – Transferə "Napoli" əngəli

11:17 - 10 İyul 2025

\"Qalatasaray\" Osimhen üçün hərəkətə keçdi – Transferə \"Napoli\" əngəli

Türkiyənin "Qalatasaray" klubu İtaliya nəhəngi "Napoli"nin hücumçusu Viktor Osimhenin transferi üçün danışıqlara başlayıb.


Manset.az xəbər verir ki, tərəflər 75 milyon avro dəyərində sərbəst buraxılma maddəsi və ödəniş şərtləri ilə bağlı razılıq əldə ediblər. Futbolçunun özü də "Qalatasaray"da oynamaq istədiyini həm İstanbul təmsilçisinə, həm də "Napoli" klubuna çatdırıb.

Lakin transferin baş tutmasına ciddi maneə yaranıb. İtaliya mətbuatının, o cümlədən tanınmış jurnalist Di Marzionun yaydığı xəbərə əsasən, "Napoli" və futbolçu tərəfi "Qalatasaray"dan zəmanət və zəmanət məktubu tələb edir.

Əgər İstanbul klubu bu sənədləri təqdim etməzsə, Neapol təmsilçisi transferi rəsmiləşdirməkdən imtina edəcək.

Xatırladaq ki, Viktor Osimhen ötən mövsüm "Napoli"nin heyətində əsas hücumçulardan biri olub və onun Avropanın bir sıra nəhəng klublarının transfer siyahısında yer aldığı bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az