"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi dəqiqləşir

10:47 - 16 İyul 2025

\"Qarabağ\"ın Çempionlar Liqasındakı rəqibi dəqiqləşir

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşəcək.


Manset.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Linfild” (Şimali İrlandiya) evdə “Şelburn” (İrlandiya) ilə qarşılaşacaq. "Vindors Park" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Sözügedən komandalar arasında ilk matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olacaq. 

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az