“Qalatasaray” “Mançester Siti”nin qapıçısını transfer etməyə çalışır.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Bildirilir ki, “Qalatasaray” 31 yaşlı qolkiperin transferi üçün 3 milyon avro təklif edib.
Edersonun “Mançester Siti” ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Ötən mövsüm braziliyalı qolkiper Premyer Liqada 26 oyun keçirib və 4 məhsuldar ötürmə edib.