“Arsenal”, 2019-cu ilin qışında komandanın başına keçən baş məşqçi Mikel Artetanın rəhbərliyi altında “Çelsi”dən oyunçu almaq üçün 134 milyon funt sterlinq (154 milyon avro) xərcləyib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Cümə günü, iyulun 18-də “topçular”, qapıçı Kepa Arrisabalaqadan sonra “Çelsi”dən hücumçu Noni Maduekenin transferini də elan etdilər.
2023/2024 mövsümündə “Arsenal” “mavilər”dən hücumameyilli yarımmüdafiəçi Kay Havertsi alıb. 2022/2023 mövsümündə “topçular” yarımmüdafiəçi Jorjinyonu alıb.
Keçən mövsüm Artetanın komandası “mavilər”dən vinger Rahim Sterlinqi icarəyə götürmüşdü.