​“Fənərbaxça” "Real"ın ulduzunu alır - Mourinyo Perezdən istədi

19:17 - 01 Avqust 2025

​“Fənərbaxça” \"Real\"ın ulduzunu alır - Mourinyo Perezdən istədi

“Fənərbaxça” “Real Madrid”in futbolçusu David Alabanı transfer etmək üçün hərəkətə keçib.


Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo transferlə bağlı “Real”ın prezidenti Florentino Perezlə əlaqə saxlayıb. İspaniyalı jurnalist Adrian Funes Qarsiyanın sözlərinə görə, yaxşı münasibətləri olan Mourinyo və Perez Alabanın transfer şərtlərini və mümkün müqavilə detallarını müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl “Real”ın David Alabanı klubdan göndərə biləcəyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, futbolçu məşqçi Xabi Alonsonun planlarında yer almayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az