PSJ-nin futbolçusu 15 ilədək həbs oluna bilər

21:18 - 01 Avqust 2025

PSJ-nin futbolçusu 15 ilədək həbs oluna bilər

Fransanın Nanter prokurorluğu PSJ-nin 26 yaşlı futbolçusu Əşrəf Hakiminin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.


Manset.az Qafqaz.info-ya istinadən xəbər verir ki,  bu haqda “Le Parisen” məlumat yayıb.

Belə ki, futbolçu 2023-cü ilin fevralında evində baş verən zorlamada şübhəli bilinir. 24 yaşlı qızın dediyinə görə, o, futbolçu ilə sosial şəbəkədə tanış olub və sonra onun evinə gedib. Qız bildirib ki, onun imtinasına məhəl qoymayan Hakimi zorakılıq hərəkətləri edib.

İndi istintaq hakimi yekun ittiham aktını təsdiq və ya rədd etməlidir. Əgər Hakimi təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az