"Qalatasaray" İkardi ilə bağlı qərar verdi

10:53 - 08 Avqust 2025

\"Qalatasaray\" İkardi ilə bağlı qərar verdi

Viktor Osimhenin transferindən sonra "Qalatasaray" da yeni bir transfer həyata keçirərək Mauro İkardini heyətinə qatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sarı-qırmızılıların argentinalı hücumçu ilə bağlı yeni qərar verdiyi bildirilir.

Ötən mövsüm zədə səbəbindən məhdud sayda matça çıxan İkardi, 2023/2024 mövsümündə "Qalatasaray"ın çempionluğa nail olmasına böyük töhfə verib.

"Qalatasaray" 32 yaşlı futbolçunun bu mövsümün sonunda bitəcək müqaviləsini daha iki il uzatmaq istəyir.

"Qalatasaray"ın, İkardi ilə müqavilə bağlamaq qərarını verdiyi və təcrübəli hücumçuya eyni şərtlərlə yeni müqavilə təklif edəcəyi bildirilir. İkardi, sponsorluqlar xaricində illik 6 milyon avro xalis maaş alır və ona həmin məbləğin yenə də təklif ediləcəyi gözlənilir.

"Qalatasaray"ın Argentina komandalarında adı hallanan İkardinin geri dönməsinə icazə verməyəcəyi də vurğulanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az