Emmanuel Addai “Qarabağ”dan ayrıla bilər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı futbolçu ilə yerli APOEL klubu maraqlanır.
Kiprlilərin Ağdam təmsilçisi ilə razılığa yaxınlaşdığı bildirilir.
Qeyd edək ki, Addainin “Qarabağ”la müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,2 milyon avro təşkil edir.