"Qarabağ" "Şkendiya"ya “qalib gəldi: "Pley-off"a yüksəldi - YENİLƏNİB

21:52 - 12 Avqust 2025

\"Qarabağ\" \"Şkendiya\"ya “qalib gəldi: \"Pley-off\"a yüksəldi - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” pley-off-a adlayıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

***

21:17

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1

59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

***

21:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikincni hissə başlayıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi 4:1 hesabı ilə öndədir.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

***

20:48

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb - 4:1.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

***

20:04

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" doğma meydanda "Şkendiya"nı qəbul edir.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşə start verilib.


***

09:35

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" bu gün doğma meydanda "Şkendiya"nı qəbul edəcək.


Manset.az xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xatırladaq ki, görüşün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Ludoqorets" cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki cütün məğlubu isə UEFA Avropa Liqasının pley-off mərhələsində, Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Qarabağ"la "Şkendiya" arasında keçirilən ilk görüşü təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

12 avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi 

Saat 20:00, "Qarabağ" - "Şkendiya".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az