İngiltərə Premyer Liqasında mübarizə aparan "Lids Yunayted" klubu, İsveçrənin sol cinah oyunçusu Noa Okaforu heyətinə qatıb.
Manset.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Karyerasında "Bazel", "Zalsburq", "Napoli" və son olaraq "Milan" komandalarında oynayan Okafor, İsveçrə Milli Komandasının şərəfini də qoruyub və 24 matçda 2 qol vurub.
İngiltərə mətbuatının verdiyi məlumata görə, "Lids Yunayted" bu transfer üçün ümumilikdə 21 milyon avro ödəyəcək.