Zinçenkonun “Fənər”ə keçidi buna görə alınmadı

08:00 - 25 Avqust 2025

Zinçenkonun “Fənər”ə keçidi buna görə alınmadı

London “Arsenal”ının müdafiəçisi Aleksandr Zinçenko “Fənərbağça”ya keçməyə yaxın olub.


Manset.az xəbər verir ki, lakin siyasi çalarlara görə transfer baş tutmayıb.

İngiltərə mətbuatının sözlərinə görə, tərəflər sövdələşməni demək olar ki, 100% razılaşdırıblar, lakin daha əvvəl İsrailə dəstək yazısı dərc etmiş və Türkiyədəki müəyyən icmaların kəskin tənqidinə səbəb olan ukraynalının siyasi mövqeyi səbəbindən transfer baş tutmayıb.

Türkiyə klubunun rəhbərliyi ehtiyatlanıb və ərəblərdən çoxsaylı təhdid mesajları alan futbolçunun özü də klubu dəyişmək fikrindən daşınıb.

Xatırladaq ki, Zinçenko bu mövsüm hələ “Arsenal”da oynamayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az