Türkiyənin "Beşiktaş" klubu daha bir transferini gerçəkləşdirməyə yaxındır.
Manset.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı müdafiəçi Tiaqo Djalo ilə prinsipial razılıq əldə edib.
Klubdan verilən rəsmi məlumata görə, peşəkar futbolçu Tiaqo Djalo tibbi müayinədən keçmək və transfer danışıqlarını yekunlaşdırmaq üçün bu axşam İstanbula gələcək. Futbolçunun olduğu təyyarənin saat 19:00-da İstanbul Hava Limanının Beynəlxalq Terminalına enəcəyi bildirilib.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsümü icarə əsasında Portuqaliyanın "Porto" klubunda keçirib. O, "əjdahalar"ın heyətində 17 oyuna çıxaraq 2 qola imza atıb.