“Qalatasaray” yarımmüdafiə xəttini gücləndirmək məqsədilə “Tottenhem”in hücumçusu İv Bisuma ilə müqavilə imzalamağa yaxındır.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Sarı-qırmızılılar UEFA Çempionlar Liqası üçün heyət siyahısının təqdim olunacağı sentyabrın 2-nə qədər komandanı gücləndirməyi planlaşdırır.
Transfer komitəsi müdafiə və hücum xəttindən sonra yarımmüdafiə mövqeyini də möhkəmləndirməklə məşğuldur.
“Qalatasaray” klubunun “Tottenhem”dən İv Bisumanın transferini reallaşdırmaq istədiyi və Malili futbolçu ilə bağlı danışıqların yekun mərhələdə olduğu bildirilib.
İngiltərə mətbuatının məlumatına görə, iki klub arasında razılıq əldə olunub və futbolçu tərəfi ilə də əsas məsələlərdə anlaşma təmin edilib.