Qarnaço "Mançester Yunayted"dən ayrılır – Bu komanda ilə razılaşır

09:44 - 28 Avqust 2025

Qarnaço \"Mançester Yunayted\"dən ayrılır – Bu komanda ilə razılaşır

"Mançester Yunayted"in argentinalı futbolçusu Alejandro Qarnaço klubdan ayrılmağa hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş məşqçi Ruben Amorimin heyət planında yer almayan 20 yaşlı oyunçu Premyer Liqanın ilk iki turunda iştirak etməyib.

İngiltərə mətbuatının məlumatına görə, Qarnaçonun transferi ilə bağlı "Mançester Yunayted" və "Çelsi" arasında danışıqlar davam edir. Tərəflər 35-40 milyon funt sterlinq aralığında transfer haqqı ilə bağlı razılığa gəlməyə yaxındır.

Qeyd edək ki, Qarnaço 2020-ci ildə "Atletiko Madrid"in akademiyasından "Mançester Yunayted"in gənclər komandasında keçib. O, 2022-ci ildə əsas komandaya yüksəlib. Karyerası ərzində 198 matçda meydana çıxan futbolçu 49 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az