"Fənərbaxça" "Real Madriddən" ulduz alır

16:23 - 28 Avqust 2025

\"Fənərbaxça\" \"Real Madriddən\" ulduz alır

"Fənərbaxça" növbəti yüksək səviyyəli transferini reallaşdırıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Real Madrid"in yarımmüdafiəçisi Dani Sebalyosun keçidini rəsmiləşdirib. İspan futbolçu ilə artıq razılıq əldə olunub.

Məlumata görə, 29 yaşlı futbolçu daha əvvəl "Marsel" klubunun da maraq dairəsində olub. Fransız klubu "Real Madrid"lə alış opsiyası ilə icarə əsasında razılığa gəlsə də, Sebalyos Liqa 1-də çıxış etmək istəmədiyini bildirib və transferdən imtina edib. Bunun ardınca "Marsel" danışıqlardan geri çəkilib və diqqətini "Benfika"nın futbolçusuna yönəldib.

Bu gedişat "Fənərbaxça" üçün fürsət yaradıb. Klub rəhbərliyi "Real Madrid"ə "Marsel"in etdiyi təklifi təqdim edib və danışıqları müsbət nəticələndirib. Transferdə əsas amil kimi futbolçunun müntəzəm oyun praktikasına malik ola biləcəyi komandaya keçmək istəyi göstərilir. Sebalyos da bu baxımdan "Fənərbaxça"nı üstün tutub.

Qeyd edək ki, yay transfer pəncərəsində fəallığı ilə seçilən "Fənərbaxça" daha öncə də Youri Tielemans ilə maraqlanırdı. Klub yarımmüdafiəni gücləndirmək istiqamətində transfer fəaliyyətini davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az