"Liverpul" "Nyukasl"ın hücumçusu Aleksandr İsakın transferini tamamlamaq üzrədir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O qeyd edib ki, bu gün İsveç millisinin üzvünün transferi rəsmən açıqlanacaq. "Liverpul" İsaka görə "Nyukasl"a 130 milyon funt sterlinq (tərqibən 150 milyon avro) ödəyəcək. Bu məbləğ İngiltərə futbolu tarixində transfer rekordudur. Əvvəlki rekord 2023-cü ildə "Çelsi"nin "Brayton"dan aldığı Moyses Kaysedo üçün etdiyi ödəniş idi. London klubu Ekvador millisinin üzvü üçün 115 milyon funt sterlinq (təqribən 132 milyon avro) ödəmişdi.
Xatırladaq ki, "Liverpul" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağın rəqiblərindən biridir. Komandalar arasında oyun gələn ilin yanvarın 28-də İngiltərədə olacaq.