“Fənərbaxça” Asensio ilə anlaşdı 

22:53 - 01 Sentyabr 2025

“Fənərbaxça” Asensio ilə anlaşdı 

Türkiyənin “Fənərbaxça” klubu yeni transferini rəsmiləşdirib.


Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Marko Asensio ilə anlaşıb.

“Fənərbaxça” PSJ-dən transfer etdiyi 29 yaşlı ispaniyalı ilə 3+1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi PSJ-dən öncə “Aston Villa”da, daha əvvəlində isə Madrid “Real”ında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az