"Barselona"nın əfsanəvi futbolçusu, son olaraq "İnter Mayami"nin formasını geyinən Serxio Busquets karyerasını başa vurmaq qərarına gəlib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda 37 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında məlumat yayıb.
O, peşəkar futbolla vidalaşdığını bildirib: "Hər kəsə və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olaraq qalacaqsınız".
Serxio Buskets peşəkar karyerasına 2008-ci ildə "Barselona"da başlayıb. O, 2023-cü ilin yayına qədər Kataloniya təmsilçisinin formasını geyinib.15 mövsümlük eradan sonra ispaniyalı oyunçu "İnter Mayami" ilə müqavilə imzalayıb
Buskets İspaniya millisinin də əfsanələrindəndir. O, yığmada 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.