UEFA, İspaniya La Liqasında keçiriləcək Villarreal–Barcelona və İtaliya A Seriyasında baş tutacaq Milan–Como oyunlarının ölkə xaricində oynanmasına icazə verib.
Manset.az-ın məlumatına görə, UEFA tərəfindən verilən açıqlamada bildirilib ki, klublardan gələn tələblər normativ sənədlərdəki boşluqlara görə könülsüz və "istisna hal" kimi təsdiqlənib.
UEFA prezidenti Aleksander Çeferin məsələ ilə bağlı verdiyi açıqlamada, sözügedən iki oyunun ölkə ərazisindən kənarda keçirilməsinə icazə verməyin təəssüf doğurduğunu bildirib və "Bu, presedent kimi qiymətləndirilməməlidir" ifadəsini işlədib.
La Liqadakı Villarreal–Barcelona oyunu ABŞ-ın Mayami şəhərində, A Seriyasındakı Milan–Como qarşılaşması isə Avstraliyanın Pert şəhərində oynanacaq.