İlin ən çox gəlir qazanan futbolçuları - SİYAHI

00:30 - 17 Oktyabr 2025

İlin ən çox gəlir qazanan futbolçuları - SİYAHI

"Forbes" jurnalı 2025-ci ilin ən çox gəlir qazanan futbolçularının siyahısını tərtib edib.


Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, siyahıya Kriştiano Ronaldu başçılıq edir.

Əsas diqqətçəkən məqam isə siyahıya gənc ulduz Lamin Yamalın da daxil olmasıdır. 

Dünyanın ən çox qazanan futbolçularının siyahısı:

1) Kriştiano Ronaldu – 280 milyon dollar

2) Leo Messi – 130 milyon dollar

3) Karim Benzema – 104 milyon dollar

4) Kilian Mbappe – 95 milyon dollar

5) Erlinq Haaland – 80 milyon dollar

6) Vinisius Junior – 60 milyon dollar

7) Məhəmməd Salah – 55 milyon dollar

8) Sadio Mane – 54 milyon dollar

9) Cud Bellinqem – 44 milyon dollar

10) Lamin Yamal – 43 milyon dollar

Siyahıya baxıldıqda, Səudiyyə Ərəbistanı liqasının ulduzları hələ də qazanc baxımından yüksək qazanır. 17 yaşlı Lamin Yamalın ilk “10”a daxil olması isə futbol dünyasında yeni dövrün başladığını göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az