"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin gələcəyi ilə bağlı Meksikadan diqqətçəkən iddia gündəmə gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən mövsüm "Qalatasaray "ın "Tottenhem"lə matçında zədələnən və aylarla meydanlardan uzaq qalan Mauro İkardi yeni mövsümlə qayıdıb.
Super Liqada qol vurmağa davam edən, lakin bəzən fiziki görünüşünə görə tənqidlərə məruz qalan argentinalı ulduz "Qalatasaray"la müqaviləsinin son ilinə qədəm qoyub.
Ulduz oyunçunun gələcəyi qeyri-müəyyən olsa da, Meksika mətbuatında diqqəti çəkən bir iddia ortaya çıxıb.
Meksika Liqa komandası Club America Mauro Icardi transfer etmək istəyir .
Bildirilir ki, Meksika komandasının İkardiyə marağı onların hazırkı heyətində yaxşı hücumçunun olmaması və Meksikadakı statusunu qorumaq istəyi ilə bağlıdır.
Xəbərdə Mauro İkardinin müqaviləsinin mövsümün sonunda bitdiyi və transferin yanvarda uyğun transfer haqqı və ya mövsümün sonunda pulsuz transferlə tamamlana biləcəyi qeyd edilib.