"Yuventus"un yeni baş məşqçisi açıqlandı

22:21 - 30 Oktyabr 2025

\"Yuventus\"un yeni baş məşqçisi açıqlandı

“Yuventus” klubu rəsmi saytında Luçano Spallettinin baş məşqçi təyin olunduğunu elan edib.


Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, italyan məşqçinin müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Luçano Spallettinin son iş yeri 2023-cü ilin sentyabrından 2025-ci ilin iyun ayına qədər çalışdığı İtaliya milli komandası olub.

Bundan əvvəl o, “Napoli”, “İnter”, “Roma” və “Zenit”də çalışıb, “Napoli” klubu ilə çempion titulunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az