"Qarabağ" qalib gəldi 

19:01 - 31 Oktyabr 2025

 \"Qarabağ\" qalib gəldi 

"Qarabağ" Misli Premyer Liqasının X turunda "İmişli"yə qalib gəlib.


Manset.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 20 xalla birinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az