"Zirə" "Karvan-Yevlax"a qalib gəldi

16:31 - 01 Noyabr 2025

\"Zirə\" \"Karvan-Yevlax\"a qalib gəldi

Misli Premyer Liqasının X turunun “Karvan-Yevlax” - “Zirə” qarşılaşması başa çatıb.


Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, qarşılaşma gərgin mübarizə şəraitində keçib və qonaqların qələbəsi ilə başa çatıb.

Oyunun hesabını 29-cu dəqiqədə meydan sahiblərindən İmani Barker açıb. İlk hissə bu hesabla yekunlaşıb - 1:0.

İkinci yarıda “Zirə” fəallığı artıraraq 57-ci dəqiqədə Brahim Konatenin qolu ilə bərabərliyi təmin edib - 1:1. Cəmi beş dəqiqə sonra “Karvan-Yevlax”dan Kayl Spens fərqlənərək komandasını yenidən irəli çıxarıb - 2:1.

Lakin “Zirə” son dəqiqələrdə əzmkarlıq göstərib: 74-cü dəqiqədə Coy Sleyd Mikels hesabı bərabərləşdirib, 87-ci dəqiqədə isə Ayron Qomis qonaqlara qələbə qazandırıb - 2:3.

Beləliklə, “Zirə” çətin səfər matçında vacib üç xalı əldə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az