"Neftçi" qələbə qazandı - Abubakar yenə qol vurdu

19:38 - 01 Noyabr 2025

\"Neftçi\" qələbə qazandı - Abubakar yenə qol vurdu

Misli Premyer Liqasının X turunda "Neftçi" "Kəpəz"lə qarşılaşıb.


Manset.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.

"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.

Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - onikincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "İmişli"ni 2:0, "Zirə" isə "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az