"Bavariya" tarixinin rekord gəlirini əldə etdi

15:42 - 03 Noyabr 2025

\"Bavariya\" tarixinin rekord gəlirini əldə etdi

"Bavariya" 2024/25 mövsümünün maliyyə hesabatlarını açıqlayıb.


Mansey.az Qol.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi ötən mövsüm 978,3 milyon avro gəlir əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 2,8 faiz çoxdur. Həmçinin qeydolunan məbləğ klub tarixi üçün yeni rekorddur. Daha əvvəl "Bavariya" bu məbləğdə gəlir qazanmağı bacarmamışdı. 

Eyni zamanda Almaniya çempionunun əməliyyat mənfəəti 11,3 faiz artaraq 187,8 milyon avroya, vergidən əvvəlki mənfəət isə 42,5 milyon avroya çatıb. Vergidən sonra xalis mənfəət 27,1 milyon avro təşkil edib.

Qeyd edək ki, "Bavariya" hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 27 xalla liderdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az