"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Manset.az bu barədə AFFA-ya istinadən məlumat verir.
Buna səbəb futbolçunun zədələnməsi olub.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.