"Barselona" onunla bağlı qərarını verdi 

14:10 - 16 Noyabr 2025

\"Barselona\" onunla bağlı qərarını verdi 

Erik Qarsiya yaxın vaxtlarda "Barselona" ilə yeni müqavilə imzalaya bilər.


Manset.az Trend-ə istinadən bildirir ki,  "blauqrana" rəhbərliyi 24 yaşlı futbolçu üçün 2030-cu ilin yayına qədər nəzərdə tutulan təklif hazırlayır. İspaniyalı oyunçunun özü də PSJ-nin marağına baxmayaraq, Kataloniya təmsilçisində qalmaq istəyir.

İspaniya millisinin üzvünün klubla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Erik Qarsiya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az