“Milan” klubu “Barselona”nın hücumçusu Robert Levandovskini heyətinə qatmaq niyyətindədir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub polşalı futbolçu üçün hərəkətə keçib. Məlumata görə, klub rəsmisi İqli Tarenin futbolçunun meneceri Pini Zahavi ilə görüşüb. İtaliya təmsilçisinin Levandovskiyə 1 ildən artıq müddətə müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Kataloniya klubunun gələn yay 37 yaşlı forvardı əvəzləmək istədiyi, lakin büdcə məsələlərinə görə onunla yola davam edə biləcəyi də vurğulanıb. Futbolçu özü isə karyerasını Avropanın top klublarından birində davam etdirmək arzusundadır.
Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.