Milyonların gözlədiyi suala cavab gəldi - Osimhen "Fənərbaxça" ilə oyunda olacaq?

12:24 - 24 Noyabr 2025

Milyonların gözlədiyi suala cavab gəldi - Osimhen \"Fənərbaxça\" ilə oyunda olacaq?

"Qalatasaray"ın nigeriyalı hücumçusu Victor Osimhenin zədəsi böyük maraq doğurub. Osimhen, milli komanda oyununda aldığı zədə səbəbindən "Gənclərbirliyi" qarşısında oynaya bilməmişdi. Baş məşqçi Okan Buruk, futbolçunun növbəti oyuna yetişməsi üçün əlindən gələni edəcəklərini bildirib.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Osimhen "Union SG" ilə keçiriləcək oyunda iştirak edə bilməyəcək. Osimhenin 1 dekabr tarixindəki "Fənərbaxça" derbisinə yetişib-yetişməyəcəyi isə hələ də qeyri-müəyyəndir.

Sağlamlıq komandası, bu barədə son qərarın cümə günü veriləcəyini açıqlayıb.

Dünən isə zədəsini müalicə edən Osimhen, salonda fərdi məşqlərinə davam edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az