Kristiano Ronaldo, 2025 UEFA Millətlər Liqasında çempion olmuş Portuqaliya millisinin hər bir üzvünə lüks xatirə saatı hədiyyə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ronaldo, həyatdan gedən Diogu Jotanın adı və nömrəsi yazılmış xüsusi hazırlanmış saatı isə futbolçunun ailəsinə göndərib. Bu addım futbolsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Səudiyyə Ərəbistanı Liqasının “Ən-Nəsr” komandasında çıxış edən Kristiano Ronaldo, bu jesti ilə azarkeşlərin rəğbətini qazanıb.