Qurban Qurbanov Mateuşla Yankoviçi cəzalandırdı - VİDEO

19:59 - 29 Noyabr 2025

Qurban Qurbanov Mateuşla Yankoviçi cəzalandırdı - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsində “Napoli” ilə matçda mübahisə edən Marko Yankoviç və Mateuş Silva barədə danışıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis hər iki oyunçu ilə danışdığını bildirib:

“Futbolda bu cür hallar olur. Amma vacib oyunlarda emosiyalarına sahib çıxmalıdırlar. Hər iki futbolçu ilə ciddi danışmışam. Bu məsələyə diqqət ayırmışam”.

“Onları cəzalandırmısınız?” sualına Qurbanov belə cavab verib: “Belə də”. 

Q.Qurbanov AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında iştirak etməməsi ilə bağlı da danışıb:

“Belə bir məsələ var ki, orada iştirak edən adamların hamısı iş-güc adamıdır. Belə olan halda hamını bir yerə yığmaq çətindir. 2, ya 3-cü dəfədir ki, iştirak etmirəm. Amma iclasdan əvvəl müzakirə olunan məsələlər bizə göndərilir”.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az