"Qalatasaray"a gözlənilməz transfer - İkardini də unutduracaq

12:22 - 08 Dekabr 2025

\"Qalatasaray\"a gözlənilməz transfer - İkardini də unutduracaq

Ara transfer dönəmi üçün hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" meksikalı forvet Santiago Gimenezin izindədir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, menecer Corc Qardinin təklifi ilə gündəmə gələn Gimenez üçün "Qalatasaray"ın "Milan"a alqı opsiyonu ilə icarə təklifi göndərəcəyi iddia olunur. Gimenez mövsümün ikinci yarısında daha çox vaxt keçirə biləcəyi bir komandaya keçməyə müsbət yanaşır və "Qalatasaray"ın marağından məmnun olduğu bildirilir.

Ara transfer dönəminin yaxınlaşması ilə "Qalatasaray" Mauro İkardi ilə hələlik müqavilə yeniləməməsi və hücum xəttindəki alternativ ehtiyacı səbəbindən forvet axtarışlarını sürətləndirib. Sarı-qırmızı klubun hədəfini İtaliya bazarına yönəltdiyi və adıçəkilən şəxsin diqqət mərkəzində olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az