"Sabah" "Neftçi"yə qalib gəldi

22:28 - 08 Dekabr 2025

\"Sabah\" \"Neftçi\"yə qalib gəldi

Misli Premyer Liqasının XIV turunda "Sabah" "Neftçi"yə qalib gəlib.


Manset.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.

Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Sabah" turnir cədvəlində ikinci sıraya yüksəlib. "Neftçi" isə 16 xalla səkkizinci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" – "Turan Tovuz" oyunu isə güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb və təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az