"Bugünkü heyətdə müdafiə xəttində tamamilə çarəsizəm. Çox çətin bir dövr keçirirəm ".
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsində Monakoya qarşı səfər matçı öncəsi etdiyi açıqlamasında deyib.
Okan Buruk UEFA Çempionlar Liqasının altıncı həftəsində sabah Fransanın 1-ci Liqa təmsilçisi Monakoya qarşı keçirəcəkləri matçda yalnız qələbə fikirləşdiklərini bildirdi.