"Sumqayıt" "İmişli"yə qalib gəldi

22:03 - 09 Dekabr 2025

\"Sumqayıt\" \"İmişli\"yə qalib gəldi

Misli Premyer Liqasında XIV turunda daha bir oyun keçirilib.


Manset.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.

82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.

"Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az