"Qarabağ" "Ayaks"a uduzdu

23:38 - 10 Dekabr 2025

\"Qarabağ\" \"Ayaks\"a uduzdu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.


Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.

***

23:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.


Manset.az xəbər verir ki, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.

Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.


***

23:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.


Manset.az xəbər verir ki, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

***

23:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.


Manset.az xəbər verir ki, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.

Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.

***

23:23

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

22:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.


Manset.az xəbər verir ki, hazırda hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.


***

22:31

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

***

22:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***

21:58

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

***

21:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Niderlandın "Ayaks" komandası ilə üz-üzə gəlir.


Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb.

Görüşü sloveniyalı hakim Rade Obrenoviç idarə edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az