"Ayaks" Bakıdakı oyunda ilkə imza atdı

15:30 - 11 Dekabr 2025

\"Ayaks\" Bakıdakı oyunda ilkə imza atdı

Niderlandın "Ayaks" klubu UEFA Çempionlar Liqasında ilkə imza atıb.


Manset.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, Amsterdam komandası buna əsas mərhələnin VI turunda, "Qarabağ"la oyunda nail olub.

"Ayaks" tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirindəki matçın start heyətində iki 17 yaşlı futbolçuya şans verib. Yorti Mokio və Şon Styor ilk "11-lik"də yer alıblar.

Qeyd edək ki, "Qarabağ" sözügedən matçda rəqibinə 2:4 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az