İtaliya A seriyasında 15-ci tura yekun vurulub.
Manset.az xəbər verir ki, turun son matçında “Roma” öz meydanında “Komo”nu qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Roma” - “Komo” - 1:0
Qol: Uesli Franka, 61
Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran “Roma” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Komo” isə 24 xalla yeddinci yeri tutur.