"Fənərbağça" oyunçusu Cohn Duranın "Konyaspor"la oyundan çıxmasının səbəbi ayağındakı yara olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, texniki heyət oyunçunu risqə atmaq istəməyib.
"Fənərbaxça"nın Superliqada "Konyaspor"u 4-0 məğlub etdiyi qarşılaşmada oyundan çıxan Cohn Duranın vəziyyəti matçdan sonra maraq doğurmuşdu. Yağız Sabuncuoğlunun açıqlamasına görə, kolumbiyalı futbolçunun oyundan çıxmasının səbəbi performans deyil, ayağındakı şiddətli ağrıdır.
Xəbərdə yer alan məlumatlara görə, Cohn Duran bir neçə gün əvvəl ayağını kəsmişdi. Matç zamanı bu nahiyədəki yara yenidən zorlanıb və futbolçu ciddi ağrılar yaşamağa başlayıb. Ağrıların artmasından sonra texniki heyət oyunçunun sağlamlığını risqə atmamaq üçün dəyişiklik qərarı verib.