"Fənərbağça"nin zədə almış oyunçusu Çağlar Söyüncü məşqlərdə iştirak edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, texniki direktor Domeniko Tedesco rəhbərliyində "Fənərbağça" Can Bartu Təlim Mərkəzindəki məşq zalında core hərəkətləri ilə məşqə başlayıb. Sonra oyunçular meydanda isinmə, sürət və koordinasiya hərəkətlərini yerinə yetirərək, pas çalışmaları ediblər. Məşq taktiki və fərdi çalışmalarla tamamlanıb.
Komandada zədəsini atlatan Çağlar Söyüncü də məşqlərə geri dönüb. Sarı-lacivərtlilər hazırlıqlarını sabah keçirəcəkləri məşqlə tamamlayacaq.