“Fənərbağça” klubunun yarımmüdafiə mövqeyi üçün hədəfində olan Coyi Vermenlə bağlı PSV klubundan konkret açıqlama gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Niderland təmsilçisi 23 milyon avroluq sərbəst qalma məbləğini ödəyən istənilən klubun transferi reallaşdıra biləcəyini bildirib. Eyni zamanda “Fənərbağça” ilə PSV arasında rəsmi danışıqların başladığı məlum olub.
Qış transfer dövründə heyətini gücləndirməyi planlaşdıran “Fənərbağça” yarımmüdafiə xətti üzrə transferdə mühüm mərhələyə çatıb. Uzun müddətdir klubun gündəmində olan PSV-li Coyi Vermenlə bağlı Niderland klubundan diqqətçəkən açıqlamalar səsləndirilib.