“Fənərbağça” futbolçularına 1,5 milyon avro mükafat verdi

22:42 - 11 Yanvar 2026

“Fənərbağça” futbolçularına 1,5 milyon avro mükafat verdi

Futbol üzrə Türkiyə Superkubokunun qalibi olan “Fənərbağça” klubunda komanda üzvlərinə pul mükafatı verilib.


Manset.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. Bildirilir ki, finalda “Qalatasaray” üzərində qazanılan qələbəyə görə futbolçulara ümumilikdə 1,5 milyon avro mükafat ayrılıb.

Qeyd edək ki, ötən gün Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda Türkiyə Superkubokunun sahibi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az