"Çelsi"nin futbolçusu sıradan çıxdı - Derbini buraxa bilər

08:00 - 13 Yanvar 2026

\"Çelsi\"nin futbolçusu sıradan çıxdı - Derbini buraxa bilər

"Çelsi" İngiltərə Liqa Kubokunun yarımfinalı ərəfəsində ciddi itki ilə üz-üzə qalıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Kol Palmerin "Arsenal"la vacib oyunu buraxa biləcəyi məlum olub. 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin qasıq nahiyəsindəki zədəsi ona yenidən problem yaradıb. Məlumata görə, bu zədə futbolçunu əvvəllər də narahat edib.

Palmerin yenidən tibbi müayinədən keçəcəcəyi və onun derbidə iştirak edib-etməyəcəyi ilə bağlı qərarın həkim heyətinin açıqlamasından asılı olduğu bildirilib.

Qeyd edək ki, futbolçu bu mövsüm zədələr səbəbindən cəmi 12 oyunda meydana çıxıb və 4 qol vurub.

Xatırladaq ki, “Çelsi” - “Arsenal” qarşılaşması 15 yanvarda baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az