Arda Gülərə yeni məşqçidən şad xəbər - Yeni mövqe verildi

17:09 - 14 Yanvar 2026

Arda Gülərə yeni məşqçidən şad xəbər - Yeni mövqe verildi

"Real Madrid"in ulduz futbolçusu Arda Gülərə yeni məşqçisi Alvaro Arbeloadan müjdəli xəbər gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xabi Alonso rəhbərliyində müdafiəçi rolunda çıxış edən Arda Arbeloa ilə birlikdə yeni bir kimlik qazanacaq.

"Real Madrid" son olaraq İspaniya Super Kubokunda "Barcelona"ya 3-2 məğlub olduqdan sonra komandaya vida edən Xabi Alonsonun yerinə təyin edilən Alvaro Arbeloa köklü dəyişikliklər etməyə hazırlaşır.

Orta sahənin mərkəzində Tchouameni olacaq. Onun önündə isə Bellingham və Arda Güler yer alacaq. Arda Gülər Arbeloanın "maestrosu" rolunu üzərinə götürəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az