ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edib.
Manset.az xəbər verir ki, bu barədə səfirliyin social şəbəkə hesabında paylaşım edilib.
“Bu oyun qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla çıxış idi. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir”, - paylaşımda qeyd olunub.